Soçinin Adler rayonunda son illərin ən güclü ildırımlarından biri qeydə alınıb.
32gun.az xəbər verir ki, hadisə barədə “Lyubimıy Soçi” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, gecə saat 01:35-də Adler yaxınlığındakı dağlarda o qədər güclü ildırım çaxıb ki, onun gurultusunu bir çox sakinlər hava hücumundan müdafiə sisteminin (PVO) fəaliyyəti ilə səhv salıblar.
Ardınca göy üzünü bir neçə ildırım işıqlandırıb, onların hər birinin gücü 100–200 kiloamper arasında olub. Müqayisə üçün qeyd edək ki, adi ildırımların gücü təxminən 20–30 kiloamper təşkil edir. Beləliklə, Adlerdəki gecə ildırımı adi göstəricidən onlarla dəfə güclü olub.
Rusiyalı meteoroloqlar bildiriblər ki, bu cür güclü ildırımlar nadir hallarda baş verir, lakin xüsusilə dağlıq və rütubətli ərazilərdə tamamilə istisna deyil.
Psixoloq İrina Benettin sözlərinə görə, belə təbii hadisələr bəzən insanlarda qorxu və narahatlıq yaradır. O, qorxudan azad olmaq üçün əsas qıcıqlandırıcı amilləri aradan qaldırmağı məsləhət görür — məsələn, pəncərələri bağlamaq, qulaqcıq taxaraq musiqi dinləmək kimi üsullar vəziyyəti xeyli yüngülləşdirə bilər.
Ayaz