DÜNYA ÖZ XƏBƏR

ABŞ hərbçiləri Qəzza zolağına yerləşdirilib — monitorinq mərkəzi yaradılacaq

ABŞ hərbçiləri Qəzza zolağına yerləşməyə başlayıblar.

32gun.az xəbər verir ki, bu barədə CNN Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, əsgərlərin bir hissəsi artıq Yaxın Şərqdə yerləşən hərbi bazalardan, digərləri isə ABŞ-ın digər bölgələrdəki komandanlıqlarından göndərilib. Ümumilikdə 200 nəfərlik Amerika kontingentinin 12 oktyabra qədər tam şəkildə Qəzza zolağına daxil olacağı bildirilir.

ABŞ burada monitorinq mərkəzi yaradacaq. Bu mərkəzin əsas məqsədi “qarışıqlığın qarşısını almaq və humanitar təşkilatların koordinasiyalı fəaliyyətini təmin etmək” olacaq. Mərkəzin tam fəaliyyətə başlaması üçün bir neçə gün və ya həftə tələb oluna bilər.

Xatırladaq ki, oktyabrın 3-də HƏMAS rəhbərliyi ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh planına əsasən əsir götürülən israilliləri azad etməyə hazır olduqlarını bəyan etmişdi. Hərəkat həmçinin Qəzzanın idarəçiliyini fələstinli texnokratlardan ibarət müstəqil idarə orqanına təhvil verməyə razılıq verib.

Sülh prosesinin birinci mərhələsinin 12 oktyabrda başa çatacağı gözlənilir. Bu mərhələdə İsrail ordusu (CAXAL) razılaşdırılmış mövqelərə çəkiləcək, HƏMAS isə bütün girovları azad edəcək. Bunun əvəzində bir sıra fələstinli məhbusların sərbəst buraxılması planlaşdırılır.

Ayaz 

Oxşar Xəbərlər