Sinqapurda çoxmərtəbəli binaların pəncərələrinin dronlar vasitəsilə yuyulmasına imkan verən yeni texnologiya hazırlanıb.
32gun.az bildirir ki, bu barədə Sinqapur siyasətçisi San Syuelin “Facebook” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, ənənəvi üsullar işçilərin asma platformalarda və ya təhlükəli konstruksiyalarda çalışmasını tələb edir ki, bu da böyük risk yaradır:
“Hazırda biz çoxmərtəbəli binaların fasadlarının yuyulması üçün dronların sınaqlarını keçiririk. Bu proses su təzyiqi və xüsusi məhlulların tətbiqi ilə bir neçə mərhələdən ibarətdir.”
San Syuelin əlavə edib ki, sınaqlardan sonra bina sakinlərinin rəyləri toplanacaq, dövlət qurumları isə texnologiyanın tətbiqinin xərclərini hesablayacaqlar. Bundan sonra texnologiyanın rəsmi istifadəyə verilib-verilməyəcəyinə qərar veriləcək.
Qeyd edək ki, ötən ay İsveç startapı I-Tech gəmilərin yanacağa qənaət etməsinə imkan verən innovativ texnologiyanın tətbiqində çətinliklərlə üzləşdiyini açıqlayıb. Şirkətin məlumatına görə, Avropa bürokratları onlara gəmi gövdəsini dəniz orqanizmlərindən təmiz saxlayan xüsusi boyanın satışına patent verməyiblər. Nəticədə startap Asiya bazarlarına — Yaponiya və Çinə yönələrək texnologiyasını orada uğurla satışa çıxarıb.
Ayaz