Qara dənizdə Ukrayna ekipajı olan “Eileen” adlı yük gəmisi batıb.
32gun.az xəbər verir ki, bu barədə Bolqarıstanın Maritime nəşri məlumat yayıb.
Məlumata görə, Türkiyədən Ukraynaya yola düşən gəmi Varna sahilindən təxminən 260 kilometr məsafədə qəzaya uğrayaraq batıb. Xilasetmə əməliyyatında Bolqarıstan, Türkiyə və Rumıniyanın dəniz qüvvələri iştirak edib.
Hadisə nəticəsində bütün ekipaj üzvlərinin xilas edildiyi bildirilir. Qəzanın səbəbləri və hadisənin detalları araşdırılır.
Qeyd edək ki, oktyabrın 12-də Tatarıstanın Fövqəladə Hallar İdarəsi Kama çayında mühərrikli qayığın batması barədə məlumat yayıb. Çistopol şəhərində beş nəfərin çayda gəzintiyə çıxdığı, lakin geri qayıtmadığı bildirilib.
Gecə boyu aparılan axtarışlar nəticə verməsə də, səhər saatlarında iki qadın xilas olaraq yaxınlıqdakı adaya çata bilib və xilasedicilərə müraciət edib. Onların sözlərinə görə, qayıq sahildən 200 metr aralıda batıb və iki kişi ilə bir qadın hələ də itkin sayılır. Axtarışlar davam etdirilir.
Ayaz