DÜNYA ÖZ XƏBƏR

Permdə ayı iki ovçuya hücum edib – biri yaralanıb

Perm diyarında gənc ayı dişisi iki ovçuya hücum edib, onlardan biri xəsarət alıb.

32gun.az xəbər verir ki, çu barədə məlumatı “Çernuşka bugün” “VKontakte” sosial şəbəkəsində paylaşıb.

Hadisə Tüy kəndi ilə Agarzya qəsəbəsi arasındakı meşəlik ərazidə baş verib. İki kişi ova çıxarkən gənc ayı dişisi onlara hücum edib.

Ayı ovçulardan birini dişləyərək yaralayıb, lakin ikinci ovçu vaxtında atəş açaraq heyvanı zərərsizləşdirib və xəsarət almayıb. Yaralı ovçu təcili şəkildə xəstəxanaya aparılıb.

“Hazırda zərərçəkən Çernuşka rayon xəstəxanasında müalicə olunur”, – deyə paylaşımda qeyd olunub.

Onun səhhəti ilə bağlı əlavə məlumat hələlik açıqlanmayıb. Perm diyarının Səhiyyə və Təbii Sərvətlər nazirlikləri hadisə ilə bağlı şərh verməyib.

Ayaz 

Oxşar Xəbərlər