ÖZ XƏBƏR

Qalmaqallı "MEDAURA Klinikası"nın külli miqdarda vergi borcu üzə çıxdı - FOTO

Azərbaycanın paytaxtında fəaliyyət göstərən “MEDAURA Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb.

32gun.az xəbər verir ki, klinikanın dövlət qarşısındakı borcu 232471,89 (iki yüz otuz iki min dörd yüz yetmiş bir manat, səksən doqquz qəpik) AZN təşkil edir.

Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 178 ünvanında yerləşir. Rəsmi sənədlərə əsasən, "MEDAURA Klinikası" MMC-nin qanuni təmsilçisi Mübariz İsbiyev Qabil oğlu, nizamnamə kapitalı isə cəmi 20 manat olaraq qeyd edilib.

Qeyd edək ki, sözügedən klinikanın adı son illərdə bir sıra qalmaqallı hadisələrlə gündəmə gəlib. Yerli mediada və sosial şəbəkələrdə klinikada aparılan uğursuz estetik əməliyyatlarla bağlı çoxsaylı məlumatlar yayılıb. Xüsusilə burun estetikası əməliyyatlarından sonra pasiyentlərin sağlamlıq durumunun pisləşməsi, hətta burun çürüməsi ilə nəticələnən hallarla bağlı iddialar ictimaiyyətin narahatlığına səbəb olub.

"MedAura” klinikasının baş həkimi Nigar Məhəmmədovadır.

Ayaz

Oxşar Xəbərlər