DÜNYA ÖZ XƏBƏR

Google-un yeni qatlana bilən smartfonu bloqqer rəy yazarkən onun əlində alovlanıb

Google-un yeni Pixel 10 Pro Fold modeli sınaqda yanıb — mütəxəssis “misilsiz uğursuzluq” adlandırdı

Sürətli texnoloji irəliləyiş kimi gözlənilən Google Pixel 10 Pro Fold smartfonu tanınmış YouTube icmalçısı JerryRigEverything tərəfindən aparılan stres-testdən uğursuz çıxıb.

32gun.az bildirir ki, Sınaqlar zamanı cihaz sadəcə zədələnməyib, alışaraq yanıb.

Qeyd edək ki, bu model IP68 standartına uyğun tam toz keçirməz korpusa, yenilənmiş menteşə sisteminəQi2 simsiz enerji yükləmə dəstəyinə malik ilk qatlana bilən Google telefonu kimi təqdim olunmuşdu.

Ekspertin sözlərinə görə, faciəvi hadisəyə korpusun anten xətləri boyunca yaranan çat səbəb olub. Bu çat akkumulyator elementlərinin sıxılmasına, nəticədə qısaqapanma və batareyanın partlayış effekti ilə enerji buraxmasına gətirib çıxarıb. O, qeyd edib ki, cihazın tam yanması onun illərlə apardığı sınaqlar tarixində “misilsiz hadisədir”.

Mütəxəssis əlavə edib ki, bu uğursuzluq gözlənilən idi, çünki Google əvvəlki Pixel Fold modellərindəki konstruktiv qüsurları aradan qaldırmayıb.

Test həmçinin cihazın tozdan mühafizə iddialarına şübhə yaradıb. Google-un IP68 standartına tam uyğunluq barədə bəyanatına baxmayaraq, sınaq zamanı menteşə mexanizminə xırda toz hissəcikləri daxil olub, bu da “xışıltı və sürtünmə səsi” ilə müşahidə edilib. Ekspertin fikrincə, ekranın tozdan qorunması menteşədən daha yaxşı səviyyədə təmin olunub.

Nəticədə, JerryRigEverything Pixel 10 Pro Fold modelini indiyədək test etdiyi ən zəif və kövrək qatlanan smartfon adlandırıb. O, illərdir təkrarlanan konstruktiv səhvlərin və “super davamlılıq” iddialarının istehlakçıya hörmətsizlik kimi qiymətləndirildiyini bildirib.

Ayaz 

Oxşar Xəbərlər