ABŞ-ın Texas ştatında yaşayan Enn Vinsent Volterin ailə fermasına kosmik avadanlığın bir hissəsi düşüb.
32gun.az xəbər verir ki, hadisə barədə Metro nəşri məlumat yayıb.
Volterin sözlərinə görə, qəribə obyekti ilk olaraq onun oğlu Heyden görüb. O, paraşütlə ailənin torpaq sahəsinə enərkən, obyektin fermaya düşdüyünü müşahidə edib.
Daha sonra ailə Heyl dairəsinin şerif ofisi ilə əlaqə saxlayıb. Rəsmilər təsdiqləyiblər ki, NASA itkin düşmüş avadanlığın tapılması üçün yerli hakimiyyət orqanlarına müraciət edib.
Bir müddət sonra Enn Volterlə kosmik agentliyin nümayəndəsi əlaqə saxlayaraq bildirib ki, cihaz Nyu-Meksiko ştatındakı Fort-Samner kosmodromundan buraxıldıqdan sonra kursdan çıxıb və nəticədə Texas ərazisinə düşüb.
NASA-nın açıqlamasına görə, avadanlıq Kolumbiya Elmi Hava Şarları Qrupuna məxsus olub və teleskopların dəqiqliyini artırmaq məqsədilə aparılan elmi təcrübələrdə istifadə edilirdi.
Mütəxəssislər bildiriblər ki, hər il Yer kürəsindən buraxılan 200–400 arası obyekt atmosferə geri qayıdır, lakin onların əksəriyyəti okeana və ya az yaşayışlı bölgələrə düşür.
Ayaz