DÜNYA ÖZ XƏBƏR

22 yaşlı qadın azyaşlı övladlarına işgəncə verib /Dağıstanda

Dağıstanın Kizilyurt rayonunda yaşayan 22 yaşlı qadın azyaşlı uşaqlarına qarşı zorakılıqda şübhəli bilinir.

32gun.az xəbər verir ki,  bu barədə məlumatı “Kriminalnaya xronika” Teleqram kanalı yayıb.

İlkin araşdırmalara görə, qadın iki, üç və dörd yaşlı uşaqlarına qarşı qəddar davranış sərgiləyib. Bildirilir ki, oktyabrın əvvəlində o, üç yaşlı qızını döyərək uşağın bədənində və üzündə çoxsaylı göyərmələrə səbəb olub.

Hadisə ilə bağlı qadın barəsində Rusiya Cinayət Məcəlləsinin “Sağlamlığa yüngül zərər vurma” maddəsi ilə cinayət işi açılıb.

Məlumata əsasən, qadın rəsmi nikahdadır, lakin əxlaqsız və asosial həyat tərzi sürür. Hazırkı həyat yoldaşı uşaqların atası deyil, əvvəlki ər isə onların taleyinə qarışmır. Bundan əlavə, qadının mütəmadi olaraq spirtli içki qəbul etdiyi qeyd olunur.

Nilay 

Oxşar Xəbərlər