ÖZ XƏBƏR

“Nizami Tibb Mərkəzi”nə tibbi avadanlıqların alınması üçün 170 min manat

“Nizami Tibb Mərkəzi” publik hüquqi şəxsi tibbi avadanlıq və cihazların satın alınması məqsədilə tender elan edib.

32gun.az xəbər verir ki, satınalmanın ümumi dəyəri 169.855,10 AZN olaraq göstərilib.

Tender çərçivəsində ultrasəs müayinəsi üçün nəzərdə tutulmuş USM cihazı, həyati əlamətlərin monitorinqi üçün xəstəbaşı monitor və böyüklərlə yanaşı neonatallar üçün də istifadə edilə bilən iki ədəd süni tənəffüs cihazının alınması planlaşdırılır.

Ayaz

 

Oxşar Xəbərlər