Bakıda alıcı marketdən aldığı toyuq ətindən narazı qaldı
Paytaxt sakini Esmiralda Zamanova “Müştəriyəm, şikayətim var” qrupunda Ayxan marketdən aldığı toyuq döşü ilə bağlı narazılığını bildirib.
32gun.az bildirir ki, O qeyd edib ki, məhsulu dünən marketdən alıb, lakin toyuğu yuduqdan sonra ətin görünüşü dəyişib və su ilə dolu vəziyyətə düşüb:
“Dünən Ayxan marketdən alınıb. Bu toyuğun döşüdü. Nədən belə olub? Yuyandan sonra oldu. Su doyuq idi.”
Paylaşımda yer alan şəkillərdə toyuq ətinin strukturunun yumşaq və su ilə doymuş vəziyyətdə olduğu görünür.
Hadisə sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub. Bir çoxları məhsulun keyfiyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər və məsələ ilə bağlı marketin açıqlama verməsini tələb ediblər.
Qeyd edək ki, məhsulun etiketində “MəstagaB. Toyuq Təzə” adı altında satıldığı və qiymətinin 5.94 manat olduğu göstərilir.
Ayaz