DÜNYA ÖZ XƏBƏR

Tramp Kiyevin əraziləri qaytarması ilə bağlı sualı cavablandırıb

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ukrayna lideri Vladimir Zelenski ilə görüş zamanı Ukraynanın itirilmiş əraziləri geri qaytarmaq imkanları barədə konkret fikir bildirməkdən imtina edib.

32gun.az xəbər verir ki, görüşün onlayn yayımlanmasını Fox News “YouTube” kanalında aparıb.

“Kim bilir, müharibə çox maraqlıdır,” – deyə Tramp söhbət zamanı qeyd edib.

Rusiya prezidenti Vladimir Putinin danışıqlarda vaxt udmağa çalışa biləcəyi ilə bağlı suala cavabında Tramp bildirib ki, “aldadılmalara qarşı mübarizədə böyük təcrübəyə malikdir.”

Zelenski və Trampın Vaşinqtondakı bu görüşü 2025-ci ildə üçüncü dəfə baş tutub. Görüşdən bir gün əvvəl Tramp Putinlə uzunmüddətli telefon danışığı aparıb və tərəflər Budapeştdə görüşmək barədə razılığa gəliblər.

Ekspertlərin fikrincə, bu danışıqlardan sonra Trampın Kiyevdəki səfərinin tonunun dəyişəcəyi gözlənilir. Ukrayna tərəfi ABŞ-ın Rusiyayla mümkün razılaşmalarının Kiyevə göstərilən hərbi yardıma təsir edə biləcəyindən narahatdır.

Ayaz 

Oxşar Xəbərlər