DÜNYA ÖZ XƏBƏR

Sərxoş kişi yeniyetmə qızı öz mənzilinə sürüyərək təcavüz edib / Bu ölkədə

Çernyaxovsk şəhərində 31 yaşlı kişi evində yeniyetmə qızı zorladığına görə məhkum edilib.

32gun.az xəbər verir ki, bu Kalininqrad vilayət məhkəməsinin mətbuat xidmətinin məlumat yayıb. 

Hadisə aprelin 18-də Pobeda küçəsində baş verib. Spirtli içki qəbul etmiş kişi azyaşlını görüb, onun yaşını bildiyi halda qızı tutaraq susmasını və müqavimət göstərməməsini tələb edib. Daha sonra o, qurbanı öz mənzilinə aparıb zorlayıb və digər seksual xarakterli hərəkətlər edib.

Məhkəmədə təqsirləndirilən şəxs günahını inkar edib və qızın ona böhtan atdığını iddia edib.

Məhkəmə onu Rusiya Cinayət Məcəlləsinin 131-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi (yeniyetməyə qarşı zorlamada) və 132-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi (yeniyetməyə qarşı zorakı seksual hərəkətlərdə) təqsirli bilib.

Alkoqollu vəziyyətdə olması ağırlaşdırıcı hal kimi nəzərə alınıb. Nəticədə, o, 12 il müddətinə ciddi rejimli koloniyada azadlıqdan məhrum edilib və əlavə olaraq 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.

Ayaz 

Oxşar Xəbərlər