DÜNYA ÖZ XƏBƏR

Sərxoş rəfiqələr tanışlarını döydü və saçını kəsdi / Rusiyada

Qlazov şəhərində iki içkili qadın, tanışlarının 5 min rubl pulunu oğurladığını iddia edərək ona hücum edib.

32gun.az xəbər verir ki, Hadisə altı nəfərin iştirak etdiyi evdə baş verib.

Qadınlar tanışlarından pulu tələb etsələr də, o, pulun oğurlanmadığını bildirib. Bundan sonra hücumçular onu döyüb soyundurub və uzun saçlarını demək olar ki, tam kəsiblər.

Hətta bir hücumçu pulunu tapdıqdan sonra da konflikt bitməyib. O, pulun yalnız 5 min deyil, 25 min rubl olduğunu iddia edərək qalan 20 min rublu tələb edib.

Nəhayət, zərərçəkən qaçaraq tanışlarından yardım alıb və polisə müraciət edib. Hadisə zamanı digər iştirakçıların nə etdiyi hələ məlum deyil.

Ayaz 

Oxşar Xəbərlər