Fransanın Luvr muzeyindən imperatriça Evgeniya de Montihoya məxsus brilyantlı bəzək oğurlanıb.
32gun.az xəbər verir ki, bu barədə Le Parisien qəzeti Fransanın Mədəniyyət Nazirliyinə istinadla məlumat yayıb.
Bəhs olunan bəzək 11 santimetr enindədir və 2634 brilyantla bəzədilmişdir. Oğurluq bazar günü səhər saatlarında baş verib.
Əvvəlcə Mədəniyyət Nazirliyi oğurlanan səkkiz qiymətli bəzəyin siyahısını açıqlayıb. Siyahıya tiaralar, sırğalar, boyunbağılar və broşlar daxildir və bunlar Fransız kraliçaları və imperatriçalarına aid olub.
19 oktyabr səhər Luvr maskalı quldurların hücumuna məruz qalıb. Onlar Apollon qalereyasına daxil olaraq doqquz zərgərlik əşyasını oğurlayıblar. Artıq Napaleon III-ün həyat yoldaşı, imperatriça Evgeniyanın tacı küçədə qırılmış halda tapılıb.
Ekspertlərin fikrincə, hücum edənlər həm peşəkar, həm də qeyri-peşəkar ola bilər.
Ayaz