Moskvada Tverskaya Zastava küçəsində yerləşən inzibati binada yanğın baş verib.
32gun.az xəbər verir ki, bu barədə paytaxt üzrə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yanğın binanın ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə 60 nəfər xilasedici və 16 texnika cəlb olunub. FHN əməkdaşları qısa müddətdə alovu lokallaşdıra biliblər.
Hazırda hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Qeyd edək ki, daha əvvəl paytaxtın cənubunda yerləşən “Danilov Plaza” biznes-mərkəzində də yanğın səbəbindən insanlar təxliyə edilmişdi. İlkin məlumata əsasən, alov beşinci mərtəbədə — “News.ru” portalının redaksiyasının yerləşdiyi texniki otaqda başlamışdı.
Ayaz