Çelyabinskdə 30 yaşlı kişi dostu ilə yaranan mübahisə səbəbindən bıçaq xəsarətləri alıb. Hadisə Tanqistov küçəsində yerləşən mənzildə baş verib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Yaralı dərhal tibbi müəssisəyə çatdırılıb, həkimlər polisə məlumat veriblər.
Polis hadisə yerinə gedərək şahidləri dindirib və şübhəlini müəyyən edib. O, yaralının yaşıdı və qonşu mənzildə yaşayan əvvəllər məhkum olunmuş şəxs olub.
Məlum olub ki, hadisədən əvvəl mağazada yaralı ilə şübhəlilinin tanışı arasında mübahisə yaranıb. Qadın bu barədə dostuna məlumat verib və o, yaralının mənzilinə gələrək onu qarın nahiyəsindən bıçaqlayıb.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. Şübhəli müvəqqəti saxlama təcridxanasına yerləşdirilib və onun barəsində həbs-qətimkan tədbiri seçilmək üzrədir.
Ayaz