Rusiya Əmanətlərin Sığortalanması Agentliyinin (АСВ) rəhbəri Andrey Melnikova Novosibirskdəki “Akvamir” su parkının istismarı zamanı 4 milyard rubldan çox vəsaitin mənimsənilməsi ittihamı irəli sürülüb.
32gun.az bildirir ki, bu barədə RIA Novosti agentliyinə Melnikovun vəkili Nikita Filippov məlumat verib.
“İrəli sürülən ittihamı tamamilə əsassız hesab edirik,” – deyə vəkil bildirib.
Oktyabrın 21-də Moskvanın Lefortovo məhkəməsi Melnikovu iki ay müddətinə həbs edib. Müdafiə tərəfi qərardan qanunla müəyyən olunmuş müddətdə şikayət verəcəyini açıqlayıb.
“Kommersant” nəşrinin məlumatına görə, Melnikov xüsusilə böyük məbləğdə dələduzluqda ittiham olunur. Hazırda o, Lefortovo istintaq təcridxanasında karantində saxlanılır.
İstintaqın versiyasına görə, “Akvamir” su parkı Melnikovun rəhbərlik etdiyi Agentliyin ixtiyarında olub və obyektin istifadəsindən əldə olunan gəlir borcların ödənilməsinə yönəldilməli idi. Lakin bu vəsaitlər Melnikovun da daxil olduğu cinayətkar qrupun üzvləri arasında bölüşdürülüb.
Nilay