Rusiya xarici işlər naziri Sergey Lavrov və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
32gun.az bildirir ki, Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Moskva və Əbu-Dabinin çoxşaxəli strateji tərəfdaşlığı daha da möhkəmləndirməkdə maraqlı olduqlarını təsdiqləyiblər. Söhbət, xüsusilə, 7 avqustda Moskvada Rusiya Prezidenti Vladimir Putinlə BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan arasında keçirilən danışıqlarda əldə olunan razılaşmaların həyata keçirilməsindən gedib.
Nazirlər ticarət-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də vurğulayıblar.
Bundan əlavə, diplomatlar beynəlxalq və regional gündəliyin əsas məsələləri üzrə fikir mübadiləsi aparıblar. Müzakirələrdə xüsusilə Fələstin-İsrail münaqişəsi, Yəmən və Sudandakı vəziyyətə diqqət yetirilib.
Ayaz