ÖZ XƏBƏR
“Aztexmakina” MMC-yə maliyyə sanksiyası tətbiq edilib, vergi borcu da var
“Aztexmakina” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət tərəfindən maliyyə yoxlaması nəticəsində cərimələnib.
32gun.az xəbər verir ki, operativ vergi nəzarəti üzrə aparılan yoxlamada əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı müəyyən edilib və şirkətə 1.000 manat maliyyə sanksiyası tətbiq edilib.
Bundan əlavə, “Aztexmakina” MMC-nin vergi borcu 4.089,39 manat təşkil edir.
Şirkətin qanuni təmsilçisi Emil Musayev Səlimxan oğludur, və müəssisə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 93, mənzil 139 ünvanında qeydiyyatdadır.
Ayaz