ÖZ XƏBƏR
“Laundry-C” MMC-nin 66 min manatlıq vergi borcu üzə çıxdı – 10 manatlıq kapital, on minlərlə borc / FOTO
“Laundry-C” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu yaranıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin ümumilikdə 66 min 859 manat 74 qəpik vergi borcu mövcuddur.
Bildirək ki, “Laundry-C” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, E. Saratov küçəsi, ev 79 olaraq qeyd olunub. Şirkətin qanuni təmsilçisi Elşən Həmidov Tofiq oğlu, nizamnamə kapitalı isə cəmi 10 manatdır.
Qeyd edək ki, “Laundry-C” MMC camaşırxana və təmizlik xidməti sahəsində fəaliyyət göstərir.
Ayaz