Zaporojye vilayətinin rəhbərliyi regionda sahibsiz itlərin atəşlə məhv edilməsinə icazə verilməsi üçün federal hökumətə müraciət etməyi planlaşdırır.
32gun.az bildirir ki, bu barədə vilayətin qubernatoru Yevgeni Balitski “VKontakte” sosial şəbəkəsində canlı yayım zamanı bildirib.
Yayım zamanı bölgə sakini qubernatora müraciət edərək küçələrdə çoxlu sayda sahibsiz it gördüyünü və bu səbəbdən özü və övladı üçün qorxduğunu deyib.
“Bu məsələ ilə bağlı rəhbərliyə müraciət edəcəyəm, bizim üçün qanunvericiliyin müəyyən hissəsində dəyişiklik edilməsinə çalışacağıq. Mən, məsələn, itlərin atəşlə məhv edilməsindən başqa çıxış yolu görmürəm. Ya insanlar barədə düşünməliyik, ya da qanunvericilik barədə”, – deyə Balitski bildirib.
Onun sözlərinə görə, son vaxtlar küçələrdə itlərin sayının artmasına səbəb xüsusi hərbi əməliyyatın başlanmasından sonra bir çox insanların bölgəni tərk edərək ev heyvanlarını küçədə buraxmasıdır. Nəticədə bu itlər meşələrdə toplaşaraq yaşayır və vaxtaşırı şəhərlərə, kəndlərə gəlirlər.
Bundan əvvəl Krasnoyarsk diyarında yerli deputat Denis Teryoxov bölgədə azyaşlı uşağa sahibsiz itlərin hücumu ilə bağlı hadisədən sonra, sahibsiz heyvanlarla davranışa dair qanun layihəsinin müzakirəsinə qarşı çıxan həmkarlarına qarşı cinayət işi açılmasına çağırış edib.
Nilay