DÜNYA ÖZ XƏBƏR

 16 yaşlı yeniyetmə gənci bıçaqladı - Türkiyədə

Aksarayda 16 yaşlı yeniyetmə mübahisə etdiyi gənci bıçaqlayıb. Yaralı gəncin vəziyyətinin ağır olduğu bildirilib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Yavuz Sultan Selim məhəlləsi, 5082 küçəsində baş verib.

Məlumata görə, M.E.K. (16) ilə Ömər İ. (24) arasında hələ məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə qısa müddətdə dava ilə nəticələnib və 16 yaşlı uşaq belində daşıdığı bıçağı çıxararaq Ömər İ.-ni kürəyindən bıçaqlayıb.

Davanı görən ətrafdakı sakinlər vəziyyəti 112 Təcili Çağrı Mərkəzinə bildiriblər. Hadisə yerinə polis və tibbi briqadalar göndərilib. Saniyələr ərzində hadisə yerinə çatmış tibbi heyət yaralı gəncə ilkin yardım göstərdikdən sonra onu Aksaray Təhsil və Araşdırma Xəstəxanasının təcili yardım şöbəsinə aparıb. Burada müalicəyə alınan gəncin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisəni törədən uşağın tutulması üçün əməliyyat başladıb və hadisə ilə bağlı istintaq aparılır.

Nilay 

Oxşar Xəbərlər