ÖZ XƏBƏR
"İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi"nin vergi borcu 530 min manatı ötdü /FOTO
"İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" MMC-nin külli miqdarda vergi borcu 530 min manatı ötüb.
32gun.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 535769.94 manatdır.
Bildirək ki, "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" MMC 8 iyul 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. MMC-nun qanuni təmsilçisi, direktoru Məcidov Aqşin Ramzes oğludur.
Hüquqi ünvanı AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev.139A-dir.
Nilay