HADİSƏ

Bir ailənin 3 üzvü ZƏHƏRLƏNDİ

Xaçmaz rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

32gun.az report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonu Seyidli kəndində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Hicran İsfəndiyar qızı Dadaşova, 2004-cü il təvəllüdlü Səbinə Elçin qızı Dadaşova və 2005-ci il təvəllüdlü Dəniz Xəzər qızı Şahbazlı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar Xəbərlər