Xəbər verdiyimiz kimi, ötən günlərdə Bakıda Gənc MÜSİAD-ın təşkilatçılığı, Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisi, Türkiyənin Gənclik və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəsmi dəstəyi ilə “Avrasiya Gənc İş Adamları Forumu – EYBF 2025” keçirilib.
Tədbirdən sonra Türkiyə Gənclik və İdman nazirinin müavini Dr. Enes Eminoğlu jurnalistlərin suallarını cavablandırıb.
32gun.az xəbər verir ki, o, iki qardaş ölkə arasındakı münasibətlərə toxunub və Şuşa Bəyannaməsindən sonra Zəngəzur koridorunun açılışının ticarət üçün böyük önəm daşıdığını vurğulayıb.