Yeni paylaşılan fotolarda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının müxtəlif dövrlərinə aid nadir anlar əks olunub.
32gun.az xəbər verir ki, bu dəyərli görüntülər, həm açıq havada təbiətlə iç-içə, həm də iş başında olarkən dahi şəxsiyyətin sadəliyini və gərgin fəaliyyətini göstərir. Xüsusilə iş otağındakı şəkildə onun dərin düşüncələrə dalaraq qəzet və kitablarla çalışması diqqət çəkir ki, bu da onun mətbuatı gündəlik izləməyə və mütaliəyə xüsusi önəm verdiyini bir daha təsdiqləyir. Bu fotolar Ulu Öndərin siyasi fəaliyyəti ilə yanaşı, şəxsi həyatına da işıq salır və xalqımızın yaddaşında xüsusi yer tutur.
Ayaz