Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti və həyat yoluna dair nadir fotoşəkillər ictimaiyyətdə hər zaman böyük marağa səbəb olur.
32gun.az yazır ki, Sosial şəbəkələrdə paylaşılan növbəti bu cür fotolardan biri Ulu Öndərin güclü karizmasını və məğrur duruşunu bir daha nümayiş etdirir.
Dağlıq ərazidə çəkilmiş görünən bu şəkildə Heydər Əliyev əlləri cibində, inamlı və təmkinli gülüşü ilə ətrafındakı insanlarla ünsiyyətdədir. Onun klassik kostyumu və təmiz, səliqəli görünüşü, liderə xas olan məğrur və əzəmətli duruşu ilə birləşərək, çətin anlarda belə ətrafına inam bəxş edən bir şəxsiyyət portretini canlandırır. Bu foto, Heydər Əliyevin yalnız böyük siyasi xadim deyil, həm də karizmatik lider kimi xalqın yaddaşında nə dərəcədə möhkəm yer tutduğunu bir daha sübut edir.
Ayaz