ÖZ XƏBƏR

Milli Antidopinq Agentliyinin auditini bu şirkət aparacaq

Azərbaycan Milli Antidopinq Agentliyi Publik Hüquqi Şəxs kənar audit xidmətlərinin satın alınması üzrə tenderin nəticəsini açıqlayıb.

32gun.az xəbər verir ki, tenderin qalibi “Abacus Audit and Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qurumla şirkət arasında 11.750 manat məbləğində müqavilə imzalanacaq.

Audit xidməti çərçivəsində Agentliyin 2024-cü il üzrə maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunluğuna dair müstəqil rəy hazırlanacaq.

Ayaz

Oxşar Xəbərlər