ÖZ XƏBƏR

Dövlət Nəzarət Xidməti suyun keyfiyyətinə nəzarət üçün yeni avadanlıqlar alıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yanında fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti yeni satınalma müqaviləsi imzalayıb.

32gun.az xəbər verir ki, qurum “TECHNO GROUP AZERBAIJAN” MMC ilə 35.725,68 manat dəyərində müqavilə bağlayıb.

Müqavilə suyun keyfiyyət göstəricilərinin ölçülməsi və nümunə götürülməsi üçün avadanlıq və materialların alınmasını nəzərdə tutur.

 Ayaz

Oxşar Xəbərlər