ÖZ XƏBƏR
Mingəçevir Dövlət Universiteti üçün yeni server və şəbəkə avadanlıqları alınacaq
Mingəçevir Dövlət Universiteti Publik Hüquqi Şəxsi “Maşın və avadanlıqların satın alınması” üzrə tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ümumi ehtimal olunan dəyəri 135.612,76 manat təşkil edir.
Tender çərçivəsində universitetin informasiya texnologiyaları infrastrukturunun yenilənməsi və gücləndirilməsi nəzərdə tutulur. Alınacaq avadanlıqlar sırasında server, əsas (core) kommutator, 48 portlu PoE+ switch-lər, Wi-Fi 6 standartlı Access Point-lər, Access Point Controller və server otağı üçün UPS sistemi yer alır.
Ayaz