Azərbaycan Metrologiya İnstitutu yeni avadanlıqlar alıb
Azərbaycan Metrologiya İnstitutu “Təzyiq pompası və rəqəmsal manometrlərin” satınalınması üzrə tenderin nəticələrini açıqlayıb.
32gun.az xəbər verir ki, qalib “TESTEC” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında ümumi dəyəri 10.643,6 AZNolan müqavilə bağlanacağı gözlənilir.
Tender çərçivəsində alınan avadanlıqlar bunlardır:
Təzyiq pompası, ölçmə diapazonu: -0.91 ÷ 40 bar (1 ədəd)
Təzyiq pompası, ölçmə diapazonu: 0 ÷ 40 bar (1 ədəd)
Rəqəmsal manometr, ölçmə diapazonu: 0.95 ÷ 7 bar, bölgü qiyməti 4 rəqəm, xəta: 0.02 %-0.2 % (1 ədəd)
Rəqəmsal manometr, ölçmə diapazonu: 0 ÷ 40 bar, bölgü qiyməti 3 rəqəm, xəta: 0.02 %-0.2 % (1 ədəd)
Bildirək ki, qalib şirkətin nizamnamə kapitalı cəmi 5 manatdır, qanuni təmsilçisi isə Nurəngiz Məlikova Haciağa qızıdir.
AYaz