SİYASƏT ÖZ XƏBƏR

Ulu Öndərin Yusif Səmədoğlunu xəstə yatağında ziyarət görüntüləri

Ümummilli Lider Heydər Əliyevin Xalq yazıçısı Yusif Səmədoğlunu xəstə yatağında ziyarət etdiyi arxiv görüntülər sosial şəbəkələrdə yenidən yayılaraq böyük maraq doğurub.

32gun.az yazır ki, Kadrlarda o dövrün dövlət başçısının xalqın söz adamına göstərdiyi dəyər, humanist münasibət və yüksək ehtiram bir daha aydın şəkildə görünür.

Video qısa zamanda sosial şəbəkələrdə viral olaraq geniş paylaşılıb. İzləyicilər Heydər Əliyevin milli ziyalıya münasibətini "xalqa, ədəbiyyata və mədəniyyətə verilən qiymətin nümunəsi" kimi dəyərləndiriblər.

Bu gün həmin siyasət xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqın mənəvi sərvəti olan yazıçı və şairlərin yaradıcılığına xüsusi diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi qalmaqdadır. Mədəniyyət xadimlərinin fəaliyyəti yüksək qiymətləndirilir, onların irsinin yaşadılması istiqamətində mühüm addımlar atılır.

Qeyd edək ki, Xalq yazıçısı Yusif Səmədoğlunun yaradıcılığı və ictimai fəaliyyəti hər zaman Ulu Öndər Heydər Əliyevin diqqətində olub. Ümummilli Lider ədibin 60 illik yubileyində onun sənətdə və cəmiyyətdə tutduğu yeri yüksək qiymətləndirərək demişdi:

"Yusif Səmədoğlu bizim millətimizin xoşbəxt insanlarından biridir. Çünki o, böyük şair, böyük insan, böyük alim Səməd Vurğunun oğludur. Səməd Vurğunun övladı olmaq, onun tərbiyəsini almaq, onun ailəsində böyümək özü böyük bir nemətdir, böyük bir xoşbəxtlikdir."

Arxiv görüntülər bir daha göstərir ki, Azərbaycan ziyalısına göstərilən ehtiram və qiymət ölkəmizdə hər zaman yüksək olmuş və bu gün də öz davamını tapmaqdadır.

Nilay

Oxşar Xəbərlər