ÖZ XƏBƏR

Azərbaycan Milli Aerokosmik Agentliyində cari təmir işləri görüləcək

Azərbaycan Milli Aerokosmik Agentliyi cari təmir işlərinin həyata keçirilməsi üçün tender elan edib.

32gun.az xəbər verir ki, tender çərçivəsində arakəsmə divarlarının sökülməsi və zibillərin təyin olunmuş yerə daşınması, kərpiclə hörülmə işləri, qarderob və sanuzel divarlarının kərpicdən hörülməsi, hörülmüş divarların sement qumla suvanması, həmçinin plastik PVC qapıların quraşdırılması kimi işlər nəzərdə tutulub.

Təmir işlərinin ehtimal olunan qiyməti 26.061,36 AZN təşkil edir və işlər tender şərtlərinə uyğun olaraq həyata keçiriləcək.

Ayaz

Oxşar Xəbərlər