ÖZ XƏBƏR

Təcili və Təhərəsalınmaz Tibbi Yardım Mərkəzinə 305 min manatlıq görün nə alınır

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi “UAZ” və digər markalı tibbi təcili yardım avtomaşınları üçün ehtiyat hissələri, avtoşinlər, akkumulyatorlar, mühərrik və transmissiya yağları, eləcə də digər istismar mayelərinin satın alınması üzrə tender elan edib.

32gun.az xəbər verir ki,  Tender çərçivəsində müxtəlif ölçülü avtoşinlər, bir neçə növ akkumulyator, UAZ markalı blok şesternya, dinamo, porşen, karbürator, qapılar və digər ehtiyat hissələri nəzərdə tutulub.

Satınalmanın ehtimal olunan qiyməti 305.152,13 AZN təşkil edir.

Ayaz

 

Oxşar Xəbərlər