Mingəçevir Dövlət Universiteti III Beynəlxalq Elmi Konfrans üçün 61 min manatlıq alış veriş - çantalar, qələmlər, bloknotlar, və s.
Mingəçevir Dövlət Universiteti 6-8 dekabr 2025-ci il tarixində keçiriləcək “Davamlı İnkişaf Strategiyası – Qlobal meyillər, milli təcrübə və yeni hədəflər” III Beynəlxalq Elmi Konfrans üçün satınalma aparır.
32gun.az xəbər verir ki, satınalmanın qalibi “GERSO TRAVEL” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında bağlanacaq müqavilənin dəyəri 61.002,20 AZN təşkil edəcək.
Satınalma çərçivəsində təmin ediləcək mallar və xidmətlər arasında yaxa kartları, çantalar, qələmlər, bloknotlar, brandwall (fon banner), roll-up, qovluqlar, flayerlər, 2026-cı il təqvimi, xalça sertifikat, digər hədiyyələr, led ekran, səhnə, suflyor monitor və tribuna daxil olmaqla müxtəlif avadanlıq və materiallar yer alır.
Satınalmada iştirak edən şirkətin nizamnamə kapitalı isə 10 manatdır və rəhbəri Rəvan Qulamlı Surxay oğludur.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovdur.
Ayaz