ÖZ XƏBƏR

Azərbaycan Texniki Universiteti süni intellekt laboratoriyası üçün avadanlıq alınacaq - 900 min manata

Azərbaycan Texniki Universiteti Türkiyə Azərbaycan Universiteti üçün süni intellekt laboratoriyasının avadanlıq və xidmətlərini satın almağı planlaşdırır.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 899.685,30 AZN təşkil edir. Planlaşdırılan alımlar aşağıdakı sahələri əhatə edir:

Yüksək performanslı serverlər və saxlama sistemləri,

Müəssisə səviyyəli şəbəkə infrastrukturu,

Virtualizasiya və proqram təminatı lisenziyaları,

42U server rack və laboratoriya terminaları,

AI/ML inkişaf iş stansiyaları GPU dəstəyi ilə,

Quraşdırma, konfiqurasiya və 3 il davam edən nəzarət xidməti,

KVM-over-IP switch və digər əlaqəli avadanlıqlar.

Satınalma həm laboratoriyanın tədqiqat və inkişaf (R&D), həm də tədris məqsədləri üçün nəzərdə tutulub.

Ayaz

Oxşar Xəbərlər