SOSIAL ÖZ XƏBƏR

“1 manatlıq taksi” fəaliyyətinə uyğunlaşdırılan Mercedes E-Class – sosial şəbəkələrdə gündəm oldu

Sosial şəbəkələrdə "Mercedes E-Class" (dörd fara) markalı avtomobilin qeyri-adi şəkildə “6+1 nəfərlik” yerə çevrilməsi ilə bağlı yayılan video geniş müzakirələrə səbəb olub.

32gun.az xəbər verir ki, görüntülərdə avtomobilin baqaj hissəsinə əlavə oturacağın quraşdırıldığı və maşının sərnişin daşımağa uyğunlaşdırıldığı görünür.

Paylaşımı edən istifadəçi videonun üzərinə “Azərbaycanlılara olmaz de, otur izle” və “6+1 nəfərlik 4 göz” kimi zarafat dolu qeydlər əlavə edib. Məlumata görə, bu cür dəyişiklik edən sürücü “1 manatlıq taksi” fəaliyyəti ilə məşğul olur və avtomobili daha çox sərnişin daşımaq üçün modifikasiya edib.

Kadrlara münasibət birmənalı olmayıb: bəzi istifadəçilər görüntünü yumoristik material kimi qarşılayaraq gülüşlə qarşılayıblar, digərləri isə təhlükəsizlik qaydalarına zidd bu cür dəyişiklikləri tənqid ediblər.

Video qısa müddətdə sosial şəbəkələrdə geniş yayılaraq trend mövzular sırasına düşüb.

Nilay 

-->

Oxşar Xəbərlər