ÖZ XƏBƏR

“Azəristiliktəchizat” ASC 58 min manatlıq kimyəvi məhsul və avadanlıq alır

“Azəristiliktəchizat” ASC İstilik Mübadilə Aparatları və Su Hazırlığı xidməti üçün tələb olunan kimyəvi məhsullar və avadanlıqların satınalınması ilə bağlı keçirdiyi müsabiqənin nəticəsini açıqlayıb. Satınalmanın qalibi “AK Piping Materials” MMC olub.

32gun.az xəbər verir ki,  tərəflər arasında bağlanacaq müqavilənin ümumi dəyəri 58.595,65 AZN təşkil edir.

Məlumata görə, satınalma çərçivəsində KU-2 kationiti (1.563 kq), G=0,5 m³/saat gücündə 1 dəst su yumşaldıcı qurğu, G=2 m³/saat gücündə 3 ədəd su yumşaldıcı qurğu, 5600 tipli 17 dəst mexaniki idarəetmə başlığı, 2750 tipli 8 dəst mexaniki idarəetmə başlığı, eləcə də mövcud Pentair tipli mexaniki idarəetmə başlıqları üçün 60 dəst porşen komplekti alınacaq.

Ayaz

Oxşar Xəbərlər