ÖZ XƏBƏR

Minatəmizləmə Agentliyi heyəti üçün yeni geyim dəstləri alınacaq

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi heyətinin geyim formaları yenilənəcək. 32gun.az xəbər verir ki,  ümumilikdə ehtimal olunan dəyəri 1.700.149,46 AZN olan tenderdə müxtəlif geyim dəstlərinin alınması nəzərdə tutulur.

Tender çərçivəsində aşağıdakı geyimlər sifariş ediləcək:

Minaaxtaranlar üçün: 4.600 yay geyim dəsti, 2.300 qış geyim dəsti və 2.300 uzun qış gödəkçəsi.

Mexaniki minatəmizləmə qrupu üçün: 150 yarımkombinezon.

Xadimə heyəti üçün: 150 geyim dəsti.

Tibb personalı üçün: 150 yay geyim dəsti, 75 qış geyim dəsti və 75 qış gödəkçəsi.

Sürücü, mühafizəçi və inzibati heyət üçün: 1.400 yay geyim dəsti, 700 qış geyim dəsti və 700 uzun qış gödəkçəsi.

Hədiyyəlik geyim və aksesuarlar: 200 mayka polo, 200 qalın pambıq beyzbol papaq və 150 sukeçirməz küləklik gödəkçə.

Mayka yumruboğaz uzunqol: 3.100 ədəd.

Tenderdə qeyd olunan bütün geyimlər şərtlər toplusunun tələblərinə uyğun olaraq təqdim ediləcək.

Ayaz

Oxşar Xəbərlər