ÖZ XƏBƏR

ABŞ ilk dəfə 2022-ci ildən bəri BMT-də antirusiya qətnamə düzəlişinə qarşı səs verib

ABŞ 2022-ci ildən bəri ilk dəfə olaraq BMT Baş Assambleyasının Təşkilatın Üçüncü Komitəsində Rusiya əleyhinə irəli sürülən düzəlişə qarşı çıxıb.

32gun.az bildirir ki, Üçüncü Komitə Rusiyanın təqdim etdiyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və müasir irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla bağlı dözümsüzlüyün artmasına səbəb olan digər təcrübələrə qarşı mübarizə” adlı qətnaməni qəbul edib. Sənədin lehinə 114 ölkə, əleyhinə isə 52 ölkə səs verib.

13 noyabrda Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın sənədə münasibətini şərh edib. Nazirlik bildirib ki, alman diplomatları və onların bəzi həmkarları artıq bir neçə ildir Nyu-Yorkda Üçüncü Komitənin nasizmin və neonasizmin qəhrəmanlaşdırılmasına qarşı yönəlmiş qətnaməsinə qarşı səs verirlər. Rusiyanın diplomatik nümayəndəliyi Almaniyada “pruss militarizmi ruhunun” yenidən hiss olunduğunu vurğulayıb.

Rusiya XİN-in açıqlamasında bildirilib ki, Berlinin “liderlik iddiaları” yalnız Rusiya ictimaiyyətində deyil, Avropanın müxtəlif siyasi qüvvələri arasında da narazılıq doğurur.

Ayaz 

Oxşar Xəbərlər