Zəfər Qurbanov Universitetə 56 min AZN-lik yem almaq istəyirmiş
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tədris Təcrübə Təsərrüfatında 2025–2026-cı tədris ili üçün atların, iri və xırdabuynuzlu heyvanların 12 aylıq yemlənməsi məqsədilə nəzərdə tutulmuş yemlərin satınalınması proseduru ləğv edilib.
32gun.az xəbər verir ki, tenderin dayandırılmasına səbəb prosesdə tələb olunan kriteriyalara cavab verən təchizatçıların sayının üçdən az olmasıdır. Qanunvericiliyin 36.1.1-ci maddəsinə əsasən, həm təklif, həm də təklifin təminatını təqdim edən və müvafiq lisenziyaya malik şirkətlərin minimum sayı təmin edilmədiyindən müsabiqə baş tutmayıb.
Satınalmanın ehtimal olunan dəyəri 55 min 878 manat 34 qəpik olaraq müəyyən edilmişdi.
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qəzənfər oğlu Qurbanovdur.
Nilay