ADPU-nun Quba filialının tenderində 10 manatlıq şirkət qalib oldu
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı tərəfindən “Hesablama texnikası və proqramları” üzrə elan edilən satınalma prosedurunda qalib müəyyənləşib.
32gun.az xəbər verir ki,, “SKYTECH International” MMC müsabiqənin qalibi elan olunub və 21.975,26 AZN dəyərində müqavilənin bağlanacağı gözlənilir.
Satınalma çərçivəsində filialın 10 ədəd yüksək performanslı kompüter və 1 ədəd kombi ilə təmin edilməsi nəzərdə tutulur. Təqdim edilən texniki tələblər içərisində 10 nüvəli prosessor, 23.8” IPS ekran, 16 GB DDR5 RAM, 512 GB NVMe SSD, Windows 11 Pro və Office 365 lisenziyaları kimi göstəricilər yer alır.
Diqqət çəkən məqamlardan biri isə qalib şirkətin hüquqi göstəricilərilə bağlıdır. “SKYTECH International” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkət 20 iyun 2023-cü ildə dövlət qeydiyyatına alınıb və onun qanuni təmsilçisi Leyla Hüseynova Elçin qızıdır.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovdur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru Yusif Alıyevdir.
Ayaz