ÖZ XƏBƏR
“PUMA-2022” MMC-nin 139 min manatlıq vergi borcu üzə çıxdı
“PUMA-2022” Məhdud Məsuliyyətli Cəmiyyətinin böyük məbləğdə vergi borcu yaranıb.
32gun.az xəbər verir ki, şirkətin hazırkı vergi borcu 139.832,37 AZN təşkil edir.
Qeyd edək ki, şirkət Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 5, mənzil 25 ünvanında qeydiyyatdan keçib. “PUMA-2022” MMC-nin nizamnamə kapitalı cəmi 10 manat göstərilir.
Hüquqi şəxs kimi şirkətin qanuni təmsilçisi Məmmədhüseyn Abbasov Əzizağa oğludur.
Ayaz