Yasamal Rayon İcra Hakimiyyətinin tabeliyindəki qurum qaloş, uzunboğaz rezin çəkmələr, batinkalar və.s alır - 145 min manata
Yasamal Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi təsərrüfat malları üçün 145 min manatlıq satınalma elan etdi
Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi “Təsərrüfat və yumşaq inventar malları” üzrə satınalma həyata keçirəcək.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 144.999,98 AZN təşkil edir. Siyahıya emulsiya, parlaq qara və ağ rəngdə boya, qış və yay üçün batinkalar, qaloş, uzunboğaz rezin çəkmələr, plamas konteyner, statyor, rulavoy uslitel, mühərrik təmir dəsti, most zbor, radiator, müxtəlif ölçülü təkərlər (300-lük, 19.5-70-265, 260-lıq), qlavnı slindir, zibil torbası, politelen plaş, qalın qolsuz jilet və dinamo kimi məhsullar daxildir.
Qurum Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Eldar oğlu Həsənovun tabeliyində fəaliyyət göstərir və Mənzil-Kommunal Təsərrüfatı Birliyinə Hüseynov Vüsal Fazil oğlu rəhbərlik edir.
32gun.az-ın əldə etdiyi digər məlumata görə, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin dövlət büdcəsinə olan vergı borcu 2.054.754,72 AZN təşkil edir.
Ayaz