ÖZ XƏBƏR

Lənkəran Dövlət Universitetində 19 min manatlıq plan

Lənkəran Dövlət Universiteti H.Abdullayev 19 ünvanında yerləşən 2 saylı tədris korpusunun həyətində tikilməsi nəzərdə tutulan anbar binasının layihə-smeta sənədlərinin hazırlanması üzrə satınalma elan edib.

32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 18.880 AZN təşkil edir. Layihədə binanın uzunluğu 20 m, eni 12 m, kürsü hündürlüyü 0,6 m, xarici divarları mişar daşından, eni 0,4 m, daxili divarları mişar daşından 20 sm, döşəməsi keromogranitdən, üç otağı əhatə edən struktur, pəncərələri 60×1,20 sm, hündürlüyü 3,2 m, mərtəbələrarası örtüyü dəmir-beton, damı metal lövhə və üç ədəd 2 laylı qapı ilə təmin olunması nəzərdə tutulur.

Həmçinin işıqlandırma müvafiq qaydalara uyğun şəkildə layihələndiriləcək.

Ayaz

Oxşar Xəbərlər