ÖZ XƏBƏR
Lerik Rayon İcra Hakimiyyəti sement almaq istəyimiş - 23 ton
Lerik Rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş “Tikinti materiallarının satın alınması” tenderi ləğv edilib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 5.103,54 AZN təşkil edirdi. Tenderin ləğv edilməsinə səbəb olaraq iştirakçıların sayının qanunvericilikdə tələb olunan minimum həddə – üçdən az olması göstərilib (36.1.1).
Satınalma çərçivəsində 2025-ci ildə istehsal edilmiş, yüksək keyfiyyətli, standartlara cavab verən, uyğunluq və keyfiyyət sertifikatlı sementin Lerik rayonuna çatdırılması və anbara yığılması nəzərdə tutulmuşdu. Məhsul 40 kq-lıq bağlamalarda təqdim edilməli və 400 markalı sement olmalı idi, ümumilikdə isə 23 ton təmin ediləcəkdi.
Ayaz