ÖZ XƏBƏR

“AZƏRİSTİLİKTƏCHİZAT” tenderi iştirakçı çatışmazlığı səbəbindən ləğv olundu

“AZƏRİSTİLİKTƏCHİZAT” Açıq Səhmdar Cəmiyyəti tərəfindən qazanxana və istilik şəbəkələrinin istismarı üçün layihə üzrə müəyyən edilmiş nəzarət ölçü cihazları, avtomatika avadanlıqları və onların ehtiyat hissələrinin satınalınması məqsədilə elan edilmiş açıq tender ləğv edilib.

32gun.az xəbər verir ki,  tenderin ləğv olunma səbəbi kimi bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.

Ləğv “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən həyata keçirilib.

Tenderin ehtimal olunan qiyməti 107 392,39 AZN təşkil edirdi.

Ayaz

Oxşar Xəbərlər