ÖZ XƏBƏR

Ağstafa rayonunda abadlaşdırma və işıqlandırma xidmətlərinin satınalması təklifi ləğv edilib

Ağstafa Rayon İcra Hakimiyyətinin Ağstafa Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən elan olunan abadlaşdırma xidmətləri və işıqlandırma işlərinin satınalması üzrə tender ləğv edilib.

32gun.az xəbər verir ki, tenderin ləğv edilmə səbəbi olaraq bildirilib ki, müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən minimum saydan az olub. İşlər çərçivəsində 100W 100vt 4000K IP65 boz rəngli işıqlandırıcı çıraqların, eləcə də 60W və 50W E27 LED lampaların alınması planlaşdırılmışdı. Tenderin ehtimal olunan qiyməti 6 280 AZN təşkil edirdi.

Ayaz

Oxşar Xəbərlər