ÖZ XƏBƏR

Dövlət Məşğulluq Agentliyi  10 manatlıq “BEST TECH” MMC-ni qalib etdi

Dövlət Məşğulluq Agentliyi tərəfindən elan olunan kartriclərin satınalması tenderində qalib “BEST TECH” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

32gun.az xəbər verir ki,  tərəflər arasında 42 303 AZN-lik müqavilə nəzərdə tutulur.

Qalib şirkətin nizamnamə kapitalı 10 manatdır və rəhbəri Elçin Tağıyev Əfqan oğludur. Satınalma çərçivəsində Canon 643 Cartridge 054 H qırmızı, sarı və göy, Canon 443 Cartridge 057 H, Canon 3125 C EXV54 qara, göy, sarı və qırmızı, HP 283 fdw 207X qara, göy, qırmızı və sarı, Develop İneo 4020i MP üçün TNP78 toner, HP Laserjet 200 color M251n/131/210X qara, 131/211X göy, 131/212X sarı və 131/213X qırmızı kartric və Canon 643 Cartridge 054 H göy kartriclərin alınması planlaşdırılıb.

AYaz

Oxşar Xəbərlər